"Turan Tovuz" heyətinə yeni qapıçı cəlb edib.
Modern.az xəbər verir ki, bölgə təmsilçisi Tacikistan millisinin qolkiperi Oleq Baklovun keçidini rəsmiləşdirib. Onunla 2 illik müqavilə imzalanıb.
Oleq Baklov son olaraq Rusiyanın "Ufa" klubundan çıxış edib.