Modern.az

“Fənərbağça” Çempionlar Liqasında mübarizəyə başlayır

“Fənərbağça” Çempionlar Liqasında mübarizəyə başlayır

İdman

6 Avqust 2025, 12:30

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk matçlara yekun vurulacaq.

Modern.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma təşkil olunacaq.

Türkiyə təmsilçisi “Fənərbağça” Niderlandda “Feyenoord”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

6 avqust

19:00. “Kayrat” (Qazaxıstan) - “Slovan” (Slovakiya)

21:00. “Zalsburq” (Avstriya) - “Brügge” (Belçika)

21:30. “Ludoqorets” (Bolqarıstan) - “Ferensvaroş” (Macarıstan)

22:30. “Lex” (Polşa) - “Srvena Zvezda” (Serbiya)

23:00. “Feyenoord” (Niderland) - “Fənərbağça” (Türkiyə)

23:00. “Nitsa” (Fransa) - “Benfika” (Portuqaliya)

Qeyd edək ki, III raundun cavab matçları avqustun 12-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU