Modern.az

Daşınmaz əmlak bazarında bahalaşma - RƏQƏMLƏR

Daşınmaz əmlak bazarında bahalaşma - RƏQƏMLƏR

İqtisadiyyat

15 Dekabr 2022, 13:50

Noyabr ayında ötən ayla müqayisədə daşınmaz əmlak bazarında 0.87% qiymət azalması müşahidə edilib. İlin əvvəli ilə müqayisədə 9.85%, ötən ilin eyni dövrü ilə müqayisədə 12.94% qiymət artımı var.

 

Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin rəhbəri , daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov noyabr ayı üçün göstəriciləri açıqlayarkən bildirib.

 

Ekspert söyləyib ki, təkrar mənzil bazarında ay ərzində 2.08% artma, ötən ilin analoji dövrü ilə müqayisədə 15.92% artım qeydə alınıb:

 

 

“İlkin mənzil bazarında ay ərzində 0.68% artım, ötən ilin eyni dövrü ilə müqayisədə 21.85% artım var. Fərdi yaşayış və bağ evlərində ay ərzində 2.78% artma, ötən ilin eyni dövrü ilə müqayisədə 2.20% azalma müşahidə edilib. Kommersiya obyektlərində ay ərzində 8.06% artım, ötən illə müqayisədə 0.57% artma var. Torpaq bazarında ay ərzində 5.07% azalma, ötən ilin eyni dövrü ilə müqayisədə 25.82% artım qeydə alınıb”.

 

N.İbrahimov bildirib ki, mənzil kirayəsi bazarında ay ərzində 9.67% azalma, ötən illə müqayisədə 13.52% artım olub:

 

“Obyektlərin icarəsi bazarında ay ərzində 13.24% azalma, il ərzində 20.69% artım müşahidə edilib. Tikinti malları bazarında isə qiymət indeksi ay ərzində 0,40% azalma, il ərzində isə 19,03% artım qeydə alınıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi