Modern.az

"Brent" neftin qiyməti 78 dollardan aşağı DÜŞDÜ 

İqtisadiyyat

26 Aprel 2023, 23:53

Dünya bazarında "Brent" markalı neftin bir barelinin iyul fyuçerslərinin qiyməti 78 dollardan aşağı düşüb.

 

Modern.az xəbər verir ki, Londonun ICE birjasında axşam saatlarında "Brent" markalı neftin barreli 77,99 dollara satılıb.

 

Neftin qiyməti bu gün səhər saatlarında birjanın açılmasından bəri 3,43% azalıb. 

 

WTI markalı neftin iyun fyuçersləri isə 4,35% azalaraq 74,09 dollar/barelə düşüb.

 

Qeyd edək ki, "Bank of America"nın proqnozlarına görə, 2023-cü ildə "Brent" markalı neftin bir barelinin qiyməti orta hesabla 100 dollara qədər artacaq.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza