Modern.az

Ötən ilin büdcəsinin icrası haqqında qanun TƏSDİQ EDİLDİ

Ötən ilin büdcəsinin icrası haqqında qanun TƏSDİQ EDİLDİ

İqtisadiyyat

19 İyun 2023, 16:44

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib.

 

Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi