Modern.az

Yanvar ayında ərzaq ucuzlaşıb?

Yanvar ayında ərzaq ucuzlaşıb?

2 Fevral 2024, 23:10

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi ötən ilin tendensiyasını davam etdirərək yanvar ayında yenidən ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qurumun açıqlamasında deyilir.

 

Bildirilir ki, ərzaq qiymətlərinin baza səviyyəsi buğda və qarğıdalı qiymətlərinin aşağı düşməsi səbəbindən cüzi də olsa, azalıb.

 

Dünya bazarında bir sıra ərzaq məhsullarının qiymətində aylıq dəyişiklikləri ölçən FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvarda orta hesabla 118 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 1%, bir il əvvəlkindən isə 10,4% aşağıdır.

 

FAO-nun Taxıl Qiymətləri İndeksi, tədarük edən ölkələr arasında güclü rəqabət səbəbindən qlobal buğda ixrac qiymətlərinin düşməsi səbəbindən əvvəlki ayla müqayisədə 2,2% azalıb. Argentinada əkin şəraitinin yaxşılaşdırılması və məhsul yığımına başlanmasını əks etdirən qarğıdalı qiymətləri kəskin şəkildə aşağı düşüb.

 

Ətin qiyməti indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 1,4% azalaraq yeddinci aydır ki, enişini davam etdirir. Eyni zamanda, FAO şəkərin qiymətində artım qeydə alıb - yanvarda müvafiq indeks əvvəlki ayla müqayisədə 0,8% artıb. Yanvarda düyü qiymətləri də 1,2% artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi