Modern.az

“Brent” neftin qiyməti 69 dollara düşdü

“Brent” neftin qiyməti 69 dollara düşdü

İqtisadiyyat

19 İyul 2025, 09:48

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 69,28 ABŞ dolları təşkil edib.

Modern.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,3% azalaraq 67,34 ABŞ dollarına bərabər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi