Modern.az
Qəzənfər Həmidoğlu Çilləsi kiçik, çiləsi böyük boz gödək...

Qəzənfər Həmidoğlu

Çilləsi kiçik, çiləsi böyük boz gödək...

Mədəni̇yyət

21 Fevral 2023, 10:50

Qəzənfər Həmidoğlu
 

Fevralı sevərdim çox-çox əvvəllər. Qısadır, tez bitir, həm də anamın doğulduğu aydı. Sonra heç sevmədim - anamı itirdiyim aya döndü qara fevral...

Srağagün kiçik çillə bitdi, dünəndən boz ay başladı. Bu gün sevimli aktyorumuz Ramiz Novruzu itirdik...

Bu gödək ayın çiləsi bitməzmi?!. Əsrin fəlakətindən - Türkiyə faciəsindən artıq yarımay keçir. 40 mindən çox insanın işığını söndürən zəlzələ hələ də qardaş ölkəni silkələyir, rahat buraxmır...

İki gün sonra çeçenlərin "qara fevral"ı - 1944-cü il fevralın 23-də Stalinin Çeçenistandan çeçenləri qovduğu gündür.

Üç gün sonra Putinin Ukraynaya girməsinin bir ili tamam olacaq.

O gündən bir gün sonra yaxşı ki, Aydın Canın qapısı açılacaq, həbsdən çıxacaq!

Daha sonra soyumuza qəsd günüdür, Xocalı müsibətindən 31 il ötəcək.

Ay bitməmiş Bəxtiyar Hacıyevin həbsdəki aclığının 50-ci günü bitəcək. Bəlkə bu aclıq "yubiley" olmadan sona çatacaq - Aydından əvvəl və ya sonra Bəxtiyarın da qapısı açılacaq?!.

Qəribədir, 27 fevral Beynəlxalq Optimistlər Günüdür. Kim bu günü fikirləşib və niyə məhz bu günə salıb, kimsə bilmir.

Aktrisa Fatma Qədri və aktyor Ağaxan Salmanov fevralın 28-ni keçdilər, amma martın 1-nə keçə bilmədilər, fevralın 29-u son günləri oldu...

21.02.2023

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir