Modern.az

Hacı Şahinin adamları Məşədi Dadaşı TƏRK EDİB

Hacı Şahinin adamları Məşədi Dadaşı TƏRK EDİB

2 May 2023, 11:20

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məşədi Dadaş icmasının məsciddən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumatların yanlış olduğunu deyib.

 

Onun sözlərinə görə, hazırda icmanın üzvləri məscidədir: "İcma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə 50 nəfərlik icma heyəti olacaq. Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olanlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu