“Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib”.
Modern.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan çox konfensiyalı ölkədir: “Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda dini etiqad azadlığı, söz və vicdan azadlığı ilə bağlı müddəalar var. Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri birgə yaşayırlar. Dövlət başçısı tərəfindən də bu məsələrə xüsusi diqqətlə yanaşılır”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, bəşəriyyət birgəyaşayın formalarını daim axtarıb: “Bütün dinlərdə də birgəyaşayışı müəyyənləşdirməklə bağlı istiqamətlər göstərib. Bu gün də dünya yeni münasibətlər axtarışındadır. Dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə cəmləşib”.