Modern.az

Mehriban Əliyeva mədəniyyətimizin hamisidir

Mehriban Əliyeva mədəniyyətimizin hamisidir

26 Avqust 2023, 21:15

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.

 

Mehriban Əliyeva həm birinci xanım, həm də Heydər Əliyev Fondunun prezidenti kimi ölkənin ictimai-siyasi və xüsusilə mədəni həyatında çox önəmli rol oynayır.

 

Milli Məclisin Mədəniyyət komitəsinin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında  Mehriban Əliyevanın mədəniyyət sahəsinə, xüsusilə musiqimizin incisi olan muğama göstərdiyi diqqətdən danışıb.

 

“Azərbaycanın Birinci vitse-prezidenti, həm də birinci xanımı Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin bütün sahələrinə xüsusi diqqət göstərilir. Bu həm də mədəniyyəti anlayan, onun problemlərini bilən, onun inkişafı üçün səy göstərən bir düşüncənin nəticəsidir. Çünki birinci növbədə bunun önəmini bilmək lazımdır. Bizdə bir sıra sahələrdə kadr tapmaq çətindir, bunları yetişdirmək də çox çətindir. Eyni zamanda xoreoqrafiya və başqa sahələr var ki, bunlar daha çox Avropa sistemindən qazanılan sahələrdir, bu sahələrdə boşluğun aradan qaldırılması üçün   Mehriban xanım çox böyük işlər görür. Hesab edirəm ki, ölkənin bir avropalı simasının qorunmasında görülən işlərin müəyyən ciddi əhəmiyyəti var. Çünki Azərbaycan unikal dövlətdir. Şərq ənənələrinin tipik daşıyıcısı olan, eyni zamanda Avropaya ən yaxın olan müsəlman ölkəsidir. Ökədə balansı qoruyub saxlamaqda  Mehriban xanımın çox böyük töhfəsi var”. 

 

Fazil Mustafa Mehriban Əliyevanı doğum günü münasibət ilə təbrik edərək, xoş diləklərini çatdırıb.

 

“Fürsətdən istifadə edərək birinci xanımın doğum gününü təbrik edirəm. Hesab edirəm ki,  Azərbaycan qadını, Azərbaycan adət-ənənələrinin daşıyıcısı olan bu kateqoriyadan insanlarla bu ölkənin dəyəri daha çox bilinir. Çünki nə qədər  müasir obrazda Azərbaycanı dünyaya daşıya bilsək, dünyaya çıxara bilsək, Azərbaycanın dəyəri də, verilən qiymət də yüksək olacaq. Mədəniyyət sahəsində, xüsusilə muğam  sənətinin inkişafında ifaçıların qorunmasında, müəyyən mənada diqqətdən kənarda qalmamasında təbii ki, Mehriban xanımın  rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük diqqəti var. Bunlar hamısı elə  mədəniyyətin müəyyən dərəcədə nəsillərə ötürülməsi üçün vacib işlərdir. Düşünürəm ki, bu işlərin bundan sonra da davam etməsi Azərbaycanın mədəni simasının həmişə layiq olduğu səviyyədə görülməsi deməkdir”.

Xalq artisti Mənsum İbrahimov da Mehriban Əliyevanın mədəniyyət sahəsindəki uğurlu işlərindən danışıb.

 

“Heydər Əliyev Fondu yaranan gündən muğamımıza çox böyük diqqət və qayğı göstərilmişdir. Bu, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə olmuşdur. Bu günə qədər 8 muğan televiziya müsabiqəsi keçirilib. Eyni zamanda beynəlxalq muğam festivalı, müsabiqələri keçirilmişdir. Bunun nəticəsində onlarla gənc ifaçı sənətimizə gəlib. Bu gün artıq onlar sənətimizdə fəaliyyət göstərir. Bir neçəsinin fəxri adları var. Onlar həm  Azərbaycanda, həm ölkədən kənarda Azərbaycan muğamını layiqincə təmsil edirlər. Eyni zamanda  Azərbaycanda inşa edilən Bakıda Beynəlxalq Muğam Mərkəzi, Qaradağ bölgəsində, Füzulidə, Ağdamda, Sumqayıtda inşa edilən Muğam mərkəzləri bizim muğamımıza xidmət edir. Ümumiyyətlə Mehriban xanım sənət insanlarına diqqət və qayğısını heç vaxt əsirgəməyib. Mehriban xanım dövlətinə, vətəninə bağlı bir insandır.

 

O, eyni zamanda sosial, tibbi sahələrdə də böyük işlər görüb. Bu gün Qarabağda bir çox tikililər, məscidlər bərpa edilir. Bunlar Heydər Əliyev Fondu tərəfindən bərpa edilir, birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə. O, Azərbaycanın bütün sahələrinə diqqət və qayğısını heç zaman əsirgəməyib. Mehriban xanım cənab prezidentimizlə qoşa qanad kimi hər zaman dövlətimizin, xalqımızın yanındadır.

 

Xalq artisti də Mehriban Əliyevanı təbrik edib.

 

“Mən Mehriban xanıma can sağlığı, uzun illər arzu edirəm, ailəsi, övladları, nəvələri ilə birlikdə. Allah uzun ömür can sağlığı versin. Bildiyimiz qədəri ilə bu gün o, doğum günündə Laçındadır. Mehriban Əliyeva doğum gününü Laçın şəhəri günüdə qeyd edir. Bunlar çox önəmli məsələlərdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər