Modern.az

Məşhur qrup haqqında serial çəkildi

Məşhur qrup haqqında serial çəkildi

Mədəniyyət

26 Yanvar 2024, 22:15

“Bon Jovi” qrupu haqqında “Thank You, Goodnight: The Bon Jovi Story” (Təşəkkürlər, gecəniz xeyir: Bon Covinin hekayəsi) sənədli serialının premyerası “Hulu” striminq servisində aprelin 26-da keçiriləcək. Dörd hissədən ibarət film bu qrupun mövcud olduğu dörd onilliyin hər birindən və qrupun frontmeni Con Bon Covinin yaradıcılığından bəhs edir.

 

Modern.az xəbər verir ki, tamaşaçılar qrupun şəxsi videolarından görüntüləri, musiqilərinin daha əvvəl səslənməmiş demo-versiyalarını, mahnılarının orijinal mətnlərini və daha əvvəl dərc edilməmiş fotoşəkillərini izləyə biləcəklər. Serialın prodüseri Qotem Çopranın “ROS” şirkəti (“Kobi Brayantın ilham pərisi”, “Arenadakı adam”, “Tom zamana qarşı”), rejissoru, montajçısı və həmprodüseri isə Aleks Trüdo Viriatodur.

 

“Həyatda bir dəfə rast gəlinən istedadın hekayəsi nə qədər maraqlıdırsa, Con Bon Covi kimi bir əfsanənin hələ də yaşadığı müddətdə onu sevənləri öz dünyasına, ən həssas məqamlarla dolu həyatına dəvət etməsi də bir o qədər nadir hadisədir. Qırx illik şəxsi videolar, mahnıların yayımlanmamış ilkin demo-versiyaları, musiqilərin orijinal mətnləri və daha əvvəl dərc edilməmiş fotoşəkillər qrupun “Jersey Shore” klublarından planetin ən böyük səhnələrinə qədərki yaradıcılıq yoluna işıq salacaq. Serial onların zəfərlərini və uğursuzluqlarını, ən parlaq hitlərini, ən böyük məyusluqlarını və ən çox ictimailəşmiş yaradıcılıq söhbətlərini bir daha tamaşaçıların diqqətinə çatdırır” - deyə “Hulu” yayım xidmətinin açıqlamasında bildirilir.

 

Sənədli filmin ekranlara çıxması qrupun fəaliyyətinin 40-cı ildönümünə (2023-cü ildə qeyd edilib) və “Bon Jovi” adlı debüt albomunun işıq üzü görməsinin 40 illiyinə həsr olunub. Premyeradan əvvəl isə yanvarın 24-də rəqəmsal formatlı plastinka və 18 mahnıdan ibarət delüks versiya buraxılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər