Modern.az

Əfv fərmanı hazırlanır...

Əfv fərmanı hazırlanır...

27 Dekabr 2010, 13:57

Zəlimxan Yaqub: “Komissiyanın iclası davam edir. Son söz prezidentindir”

Prezidentin əfv fərmanı verəcəyi gözlənilir. Bu barədə xalq şairi, Prezident yanında Əfv Məsələləri üzrə Komissiyanın üzvü Zəlimxan Yaqub “Azadlıq” radiosuna deyib.

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsi əfv olacaq”-deyən Z.Yaqub təfərrüatlar barədə danışmayıb.  “Heç bir məlumat verə bilmərəm. Əfv Məsələləri Komissiyasının iclasları davam edir. Yalnız möhtərəm prezidentimizin imzası ilə siyahı mətbuatda dərc olunandan sonra danışa bilərəm”-deyən şair əfv siyahısında tanınmış şəxslərin olub-olmayacağı barədə də danışmayib. Bildirib ki, nizamnaməyə uyğun olaraq daxili məsələlərlə bağlı məlumat verə bilməz. “Bu, sirr olaraq qalır. Son söz prezidentindir”.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu