ABŞ prezidenti Barak Obama Amerika Senatının səsverməsindən yan keçərək Metyu Brayzanı ölkəsinin Azərbaycandakı yeni səfiri təyin edib.(BBC)
Ağ Evdən alınan məlumata əsasən, Obama Azərbaycanla yanaşı, Türkiyə, Suriya və Çex Respublikasına da Senatın təsdiqini gözləmədən səfir təyin edib.
Senat istirahətdə olarkən onun qarşısını aldığı təyinatları həyata keçirmək ABŞ prezidentlik praktikasında tez-tez işlədilən fənddir.
Uzun aylar ərzində Senatın ermənipərəst üzvləri Brayzanın Azərbaycan rəhbərliyi ilə mehriban münasibətlərini səbəb gətirərək onun təyinatına qarşı çıxırdılar.
Suriyaya səfir təyin olunmasına zidd gedən senatorlar isə bununla Suriyadakı hakim zümrəyə dəstək verilməsindən ehtiyat edirdirlər.
Konstitusiya ilə ona verilən səlahiyyətlərdən istifadə edən Obama eləcə də baş prokurorun müavini vəzifəsinə təyinatını açıqlayıb.
2009-cu ilin ortalarından Azərbaycanda Amerikanın səfiri vəzifəsi boş qalmışdı.