Modern.az

Mirmahmud Mirəlioğlu: “Möveyimizdə qaranlıq heç nə yoxdur”

Mirmahmud Mirəlioğlu: “Möveyimizdə qaranlıq heç nə yoxdur”

30 Dekabr 2010, 12:19

Bir sıra müxalifət partiyaları tərəfindən yaradılmış İctimai Palatanın qurulması üçün müzakirələrdə aktiv iştirak edən Klassik Xalq Cəbhəsi Partiyası qəfildən quruma qoşulmayacağını bəyan edib. KXCP sədri Mirmahmud Mirəlioğlu Modern.az-a açıqlamasında bildirib ki, kimin nə deməsindən asılı olmayaraq, partiya öz mövqeyini ortya qoyub.

Onun sözlərinə görə, KXCP-nin İctimai Palatanın formatı ilə bağlı etirazı olmayıb. Lakin bəzi məsələlərin aydınlaşmasını isyətir.

“Bu müzakirələrdə biz iştirak etmişik. İndi hamı hər şeyi danışır. Amma biz vaxtı gözləyirik”-deyən M.Mirəlioğlu qeyd edib ki, onların bununla bağlı açıqladqları möveylərində qaranlıq heç nə yoxdur.

Qeyd edək ki, dekabrın 28-də elan edilmiş İctimai Palataya AXCP, Müsavat, AMİP və digər siyasi partiyalar qoşulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu