Modern.az

Qabil Hüseynli: “ABŞ səfirliyi Müsavatda baş verən prosesləri ciddi şəkildə izləyir”

Qabil Hüseynli: “ABŞ səfirliyi Müsavatda baş verən prosesləri ciddi şəkildə izləyir”

10 Yanvar 2011, 13:14

“ABŞ səfirliyi Müsavat Partiyasında baş verən prosesləri ciddi şəkildə izləyir. Bizim səfirin siyasi məsələlər üzrə müşaviri ilə görüşümüzdə belə rəy yaranır”.
Bu barədə Müsavat Divanından istefa vermiş Qabil Hüseynli Modern.az-a açıqlamasında bu gün ABŞ səfirliyində keçirdiyi görüş barədə danışarkən bildirib.

Onun sözlərinə görə,  ABŞ səfirliyinin istefalarla bağlı belə marağı onların da təəccübünə səbəb olub.
“Bizimlə yenicə təyin olunmuş siyasi məsələlər üzrə müşavir görüşdü. Söhbət zamanı istefadan sonra nə işlə məşğul olacağımızı, hansı siyasi partiyaya qoşulacağımızla bağlı suallar verdi. Biz də isetafmızın səbəbləri barədə onu məlumatlandırdıq”-deyə Q.Hüseynli bildirib.

ABŞ səfirliyində görüşün sonunda siyasi müşavir xahiş edib ki, istefa verənlər press-relizlərini səfirliyə göndərsinlər və onlarla vaxtaşırı əlaqə saxlasınlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu