Modern.az

“ABŞ dəfələrlə Azərbaycan müxalifətinə nəfəs versə də, onlar yaşaya bilmədilər”

“ABŞ dəfələrlə Azərbaycan müxalifətinə nəfəs versə də, onlar  yaşaya bilmədilər”

12 Yanvar 2011, 12:18

Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Modern.az saytına Müsavat Partiyasında baş verən istefaları və partiyadan çıxan eks-müsavatçıların ABŞ səfirliyinə çağırılmalarını şərh edərkən bildirib. O qeyd edib ki, ABŞ ölkəmizdə fəaliyyət göstərən müxalifət partiyalarının yaşaması üçün nəfəs versə də, onlar bunu bacarmadılar.

AVP sədri onu da vurğulayıb ki, son zamanlar ABŞ səfirliyi ilə bağlı gəzən söz-söhbətlər həqiqətə uyğun deyil.
“İnanmıram ki, ABŞ Azərbaycanda sabitliyi pozmağa çalışan radikal qüvvələrə dəstək olsun. Çünki ABŞ-ın ölkəmizdə çox böyük maraqları var. Sadəcə olaraq ola bilsin ki, ABŞ səfirliyi Müsavat funksionerlərinin istefadan sonrakı fəaliyyətlərində maraqlı olsun”.

F.Ağamalı daha sonra onu da əlavə edib ki, Azərbaycan Amerika üçün çox əhəmiyyətli regiondur.
“ABŞ burada radikal qüvvələrə dəstək verəməyəcək. Buna səbəb Azərbaycanda keçirilən əhəmiyyətli transmilli layihələr və müxtəlif maraqlarıdır.

Sadəcə olaraq ABŞ Azərbaycan müxalifətinə dəstək verməklə çalışır ki, bu siyasi qüvvələr də ölkədə gedən proseslərdə yaxından iştirak etsinlər. İndi bu dəstəyə baxmayaraq ACXP və Müsavat partiyaları çökməkdədirlər. Müsavatda baş verən istefalarda düşünmürəm ki, ABŞ-ın hər hansı rolu olsun”-deyə millət vəkili qeyd edib.

Partiya sədrinin fikrincə Azərbaycanda ABŞ-la yanaşı, İran və Rusiyanın da kifayət qədər geopolitik maraqları var. Bu baxımdan ABŞ Azərbayvanda sülh və əminamanlığın tərəfində olacaq.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu