Modern.az

Nazim İmanov: “Mediaya deməyə heç bir sözüm yoxdur”

Nazim İmanov: “Mediaya deməyə heç bir sözüm yoxdur”

Ölkə

12 Yanvar 2011, 16:30

“Mediaya deməyə heç bir sözüm yoxdur”. Bu sözləri keçmiş millət vəkili, “Jurnalistlərin dostu” nominasiyasının qalibi, AMİP-in keçmiş üzvü. professor Nazim İmanov Modern.az-a bildirib.

Keçmiş millət vəkilinin sözlərinə görə, özü barədə KİV-də hər hansı bir məlumatın getməsini istəmir.  “Sizə can sağlığı və uğurlar arzu edirəm. Amma mediaya deyəcəyim bir söz yoxdur”-deyə Nazim İmanov vurğulayıb.

Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi partiya olan Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından olan professor Nazim İmanov  müstəqil Azərbaycanın ilk parlamentinin 1995-2000-ci illərdə üzvü olub. Aktiv deputat fəaliyyəti ilə seçilən N.İmanovun Milli Məclisdə iqtisadi qanunların qəbul olunmasında mühüm rolu olub. Onun rəhbərlyi ilə AMİP-in hazırladığı “Tender haqqında qanun” Milli Məclisdə qəbul edilib. KİV-lə isti münasibətlərinə görə 1998-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsi Nazim İmanovu “Jurnalistlərin dostu” elan edib.

Sonradan AMİP-dən istefa verən N. İmanov 2005-ci ildə müstəqil namziəd kimi parlament süçilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtadan etibarən Nazim İmanov aktiv siyasi fəaliyyətini dayandırıb. “Jurnalistlərin dostu” indi jurnalistlərlə çox ehtiyatlı davranır, heç kimə müsahibə vermək istəmir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal