Modern.az

Təhsil Nazirliyi qanunsuz uşaq bağçaları ilə bacara bilmir

Təhsil Nazirliyi qanunsuz uşaq bağçaları ilə bacara bilmir

Ölkə

17 Yanvar 2011, 17:57

Bu gün Bakı şəhərində uşaq bağçalarının çatışmazlığı problemi var. Məhz bu problemi aradan qaldırmaq üçün Təhsil Nazirliyi özəl bağçaların fəaliyyət göstərməsi üçün lisenziya verib.

Əldə etdiyimiz məlumata görə, özəl bağçaların bir qismi evlərdə fəaliyyət göstərir. Məsələni aydınlaşdırmaq üçün Təhsil Nazirlyində Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva ilə əlaqə saxladıq. N.Alnağıyeva məsələ ilə bağlı Modern.az-a bunları dedi:

“Təhsil Nazirliyi sanitar normalara cavab verən, bağça üçün şəraiti olan yerdə məktəbəqədər müsəsisənin fəaliyyət göstərməsi üçün lisenziya verir. Əgər ev tipli yerlərdə bağçalar açılıbsa, hesab edin ki, onlar lisensiyasız, qeyri-qanuni fəaliyyət göstərən müəssisələrdir”.

N.Alnağıyevanın sözlərinə görə, bu gün Təhsil Nazirliyinin lisenziyasını alıb qanuni fəaliyyət göstərən 21 məktəbəqədər müəssisə var.
“Onlar ya xüsusi tikilmiş binalardadır, ya da bir-iki mərtəbəli binanın ümumi girişə, çıxışa aidiyyatı olmayan başqa hissəsində fəaliyyət göstərir. Buna ev demək olmaz”.

Sektor müdiri qanunsuz fəaliyyət göstərən bağçalarla bağlı rəsmi olaraq aidiyyati orqanlara məlumat verdiklərini qeyd edib.

“Qanunsuz fəaliyyət göstərən müsəssisələri biz bağlamırıq, bununla Vergilər Nazirliyi və digər qurumlar məşğul olur. Biz sadəcə olaraq informasiyanı vaxtında çatdırırıq ki, belə müəssisələr var, onların lisenziyası yoxdur və qeyri-qanuni fəaliyyət göstərirlər”.

Qanunsuz fəaliyyət göstərən bağçalarla bağlı etdikləri müraciətlərin dəqiq sayını bilməyən Nərminə Alnağıyeva belə müəssisələrin hər gün artdığını bildirib.

“Biz hər gün eşidirik ki, evdə və ya hardasa kirayə yolu ilə yer götürüb müəssisə işlətmək istəyirlər. Sözsüz onlara qarşı ciddi addımlar atırıq, onların fəaliyyətinin dayandırması haqqında lazımı məlumatları lazımı orqanlara  çatdırırq. Təbii ki, bunların da nəticəsi olur”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal