Modern.az

"Eurovision-2011" milli seçimlərinin 5 finalçısı məlum oldu (FOTOLAR)

"Eurovision-2011" milli seçimlərinin 5 finalçısı məlum oldu (FOTOLAR)

Ölkə

17 Yanvar 2011, 20:23

İctimai Televiziyada yayımlanan "Eurovision-2011" Milli seçim turunun final mərhələsinə vəsiqə qazananların adları bu gün auditoriyaya açıqlandı.
Modern.az-ın məlumatına görə, sms və peşəkar münsiflərin səsverməsi nəticəsində aşağıdakı 5 nəfər finalda Azərbaycanı təmsil etmək uğrunda mübarizə aparacaq. 

1) İlhamə Qasımova
2) İlqarə İbrahimova
3) Aynişan Quliyeva
4) Eldar Qasımov
5) Nigar Camal

Azərbaycanı “Eurovision-2011” beynəlxalq mahnı yarışmasında təmsil edəcək ifaçını seçmək üçün bu ilin fevralında Bakıda Milli Seçim turlarının final mərhələsi keçiriləcək.
“Eurovision-2011” beynəlxalq mahnı yarışması gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq.
Yanvarın 17-də Düsseldorfda püşkatma atılıb və yarımfinal qruplarında hansı ölkələrin çıxış edəcəyi məlum olub. Hər yarımfinalda 19 ölkə yarışacaq. Hər qrupdan 10 ölkə finala çıxacaq.

Beləliklə, mayın 10-da keçiriləcək I yarımfinalda Azərbaycan, Albaniya, Finlandiya, Macarıstan, Litva, İsveçrə, Norveç, Gürcüstan, Türkiyə, Malta, Xorvatiya, San-Marino, Serbiya, Rusiya, İslandiya, Yunanıstan, Portuqaliya, Polşa və Ermənistan iştirakçıları mübarizə aparacaq. 

Mayın 12-də II yarımfinal İsrail, Makedoniya, Danimarka, Belarus, Niderland, Bolqarıstan, Latviya, Bosniya və Hersoqovina, Ukrayna, Kipr, Estoniya, Rumıniya, Avstriya, Sloveniya, İsveç, Moldova, Belçika, İrlandiya və Slovakiya iştiraçılarının iştirakı ilə keçiriləcək.

İki gün sonra - mayın 14-də final keçiriləcək.  

Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya isə mayın 14-də keçiriləcək final mərhələsində birbaşa çıxış edəcək. 

Modern.az Milli Seçim turlarının final mərhələsində “Eurovision-2011"ə 1 vəsiqə uğrunda yarışacaq bütün iştirakçıları sizə tanıdır.

 

İlhamə Qasımova

 

Aynişan Quliyeva

 

İlqarə İbrahimova

 

Eldar Qasımov

 

Nigar Camal

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal