Modern.az

Azərbaycan generalları: "Ali Baş Komandan əmr versə, ermənilərin canını almağa hazırıq"

Azərbaycan generalları: "Ali Baş Komandan əmr versə, ermənilərin canını almağa hazırıq"

18 Yanvar 2011, 18:29

Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ artıq 20 ilə yaxındır ki, işğal altındadır. Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyətə toxunarkən torpaqlarımızın azad edilməsi üçün bütün bütün imkanlardan istifadə eiləcəyini vurğulayıb.

“Bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaqdır. Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaqdır. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək...”
Prezidentin çıxışlarından belə nəticəyə gəlmək olar ki, müharibə variantı istisna deyil. Azərbaycannın sülh yolu ilə münaqişəni həll etmək səylərinə baxmayaraq Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi müharibənin qaçılmaz olmasından xəbər verir.

Sabiq müdafiə naziri, general Dadaş Rzayev Modern.az-a bildirib ki, hazırda Azərbaycan ordusu düşmən ölkənin silahlı qüvvələrindən çox güclüdür. “Əgər Ali Baş Komandan əmr verərsə ki, torpaqlarımızə azad edək, bizim ordumuz tapşırığı şərəflə icra edə bilər və Azərbaycanın tarixi ərazilərini geri qaytarmağa hazırdır”.
Azərbaycan ordusunun hazırki vəziyyətini yüksək qiymətləndirən D.Rzayev deyib ki, 1994-cü ildə atəşkəs sazişi imzalanından indiyədək Azərbaycanda ordu quruculuğu istiqamətində ciddi addımlar atılıb. 
 “Ali Baş Komandan İlham Əliyevin yüksək səyi nəticəsində Milli Ordumuz güclənir və yüksək sürətlə inkişaf edir.
Müasir Azərbaycan ordusu MDB ölkələrində ən müasir silahlarla təmin olunub və ən güclü silahlı qüvvələr sırasındadır. Respublikamızda fəaliyyət göstərən hərbi məktəblərdə müasir tələblərə cavab verən kadrlar hazırlanır. Milli Ordumuz NATO standartlarına və müasir tələblərə cavab verən şəxsi heyətlə təmin olunub”.

Respublikanın sabiq baş hərbi komissarı, təqaüddə olan general, millət vəkili Əliğa Hüseynov da Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı işğaldan azad etmək gücünəı malik olduğunu vurğulayıb: “Ali Baş Komandan əmr verərsə, biz nəinki torpaqlarımızı, hətta ermənilərin canlarını da almağa hazırıq”.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu