2010-cu il ərzində yol hərəkətinə nəzarət prosesində Dövlət Yol Polisi (DYP) əməkdaşları 965231 yol hərəkət qadalarının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 21462, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 117152, ötmə qaydalarının pozulması üzrə 18143, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 54990, sərnişin daşıma qaydalarının pozulması üzrə 6319 fakt aşkar ediblər. Yol hərəkət qadalarının pozuntusuna görə 3506 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Modern.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik tədbirlər nəticəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılıb”.
Hesabat dövrü ərzində respublika ərazisində 2721 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 925 nəfər həlak olub, 2871 nəfər yaralanıb. Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 71 (2,5%), həlak olanların sayı 5 nəfər (0,5%), yaralananların sayı 173 nəfər (5,7%) azalıb.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının xidmət ərazisində hesabat dövründə 455 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 238 nəfər həlak olub, 489 nəfər yaralanıb. Ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 33 (6,8%), 2 (0,8%) və 55 (10,1%) azalıb.
Bakı şəhəri ərazisində 1119 yol-nəqliyyat hadisəsi qeydə alınıb və bunların nəticəsində 342 nəfər həlak olub, 1115 nəfər yaralanıb. 2009-cu illə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 40 (3,5%) və 126 (10,2%) azalıb, həlak olanların sayı isə 17 (5,2%) artıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,1%-i (2534) sürücülərin YHQ pozmaları, o cümlədən 42,3%-i (1150) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,6%-i (642) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 7,4 %-i (203) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4%-i (65) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
YNH-nin 39,8%-ni (1084) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 837-i yaralanıb. 99 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 76 nəfər uşaq və yeniyetmə həlak olub, 270 nəfər yaralanıb. Həlak olanların 43, yaralananların isə 163 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 925 nəfərdən 744-ü kişilər, 181-i qadınlar, xəsarət almış 2871 nəfərdən isə 2131-ni kişilər, 740-nı qadınlar təşkil edib.
Hesabat dövründə DYP əməkdaşları tərəfindən axtarışda olan 21 nəfər yaxalanıb, 11 ədəd Kalaşnikov avtomatı, 8 ədəd tapança, 2 ədəd «TOZ» markalı tüfəng, 5 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 2814 ədəd müxtəlif kalibrli patron, 18 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
2010-cu il ərzində polisin digər xidmətləri ilə birgə 50 fakt üzrə 45,739 kq narkotik maddə aşkar olunub. Bu müddət ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 160 məlumat daxil olub ki, onlardan 148-i tapılıb, açılma faizi 92,5 % təşkil edib. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 30 nəfər şəxs və 81 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 346 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
Modern.az