Modern.az

Qarabağlı millət vəkili: “Erməni və azərbaycanlı ziyalıların birgə səfəri mənasız işdir”

Qarabağlı millət vəkili: “Erməni və azərbaycanlı ziyalıların birgə səfəri mənasız işdir”

24 Yanvar 2011, 11:22

“Azərbaycan ziyalılarının ermənilərlə işğal olunmuş torpaqlara birgə səfəri heç bir şey vermir. Xalq diplomatiyası məsələni həll edə bilməz”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, Xocalı rayonunun keçmiş icra başçısı Elman Məmmədov deyib.

Onun sölərinə görə, prezidentlər səviyyəsində hər hansı bir nəticə olacağı halda, ondan sonra ictimaiyyətin göürüşünü bəlkə də məqsədəuyğun saymaq olar.

“Bu gün nə beynəlxalq çərçivədə, nə də prezidentlər səviyyəsində aparalan danışıqlarda heç bir irəliləyiş yoxdur. Cinayətkar Sərkisyan və onun rejimi “Qarabağı heç vaxt verməyəcəyik” kimi sərsəmləmələrlə çıxış edirsə, burada nə xalq diplomatiyası? Təşkil olunun bu səfərləri mənasız iş hesab edirəm”-deyə millət vəkili vurğulayıb. 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında

Ermənistanın Rusiyadakı səfiri ilə xalq diplomatiyası çərçivəsində ziyalıların Dağlıq Qarabağa növbəti səfəri üçün səylərin davam etdirildiyini deyib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu