Modern.az

XİN: “Keşikçidağ”la bağlı heç bir iddia qaldırıla bilməz”

XİN: “Keşikçidağ”la bağlı heç bir iddia qaldırıla bilməz”

24 Yanvar 2011, 15:01

“Gürcüstan xarici işlər naziri Qrirol Vaşadzenin Azərbaycana səfəri zamanı sərhədlərin delimitasiyası məsələsi ətrafında fikir mübadiləsi aparılıb”. Bu barədə Modern.az saytına XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Keşikçidağ”la bağlı münasibətini şərh edərkən bildirib. Onun sözlərinə görə, bu müzakirələr 2010-11-ci illər üçün təsdiq olunmuş işlər planı çərçivəsində aparılıb. 

“Konkret olaraq Azərbaycan Gürcüstan sərhəddinin delimitasiya ilə bağlı hər iki ölkənin iştirakı ilə ikitərəfli komissiya işləyir və bütün məsələlər bu komisisyada müzakirə edilir”. E.Poluxov bildirib ki, Azərbaycana qarşı heç bir ərazi iddiasından söhbət gedə bilməz.
“Heç bir iddia qaldırıla bilməz” deyən XİN rəsmisi ikitərəfli komissiyanın işinin nə zaman yekunalaşacığı barədə söz deməkdə çətinlik çəkib.

Xatırladaq ki, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze yanvarın 19-da Bakıda olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu