Modern.az

Məşhur gimnast Putinlə intim əlaqələrindən danışdı

Məşhur gimnast Putinlə intim əlaqələrindən danışdı

24 Yanvar 2011, 15:08

Rusiya Dövlət Dumasının deputatı, bədii gimnasitika üzrə dünya çempionu Alina Kabayeva bir neçə illik sükutu pozaraq adının Putinlə bağlı hallanan hadisəyə münasibətini bildirib.
Modern.az xəbər verir ki, A.Kabayeva tanınmış “Vogue” jurnalına müsahibəsində bildirib ki, Putinlə onun oğlu hesab edilən Arsen əslində gimnastın bacısı oğludur. Müsahibədə Kabayeva bildirib ki, güclü qadınlardan qorxan kişilər var, amma o həmişə ondan güclü olacaq kişiləri də tanıyır.

Xatırladaq ki, bir il əvvəl “Moskkovskiy korrespondent” qəzeti Kabayevanın baş nazir Putinlə olan sevgi münasibətləri saxladığını və Alinanın ondan uşaq dünyaya gətirdiyini yazmışdı. Böyük qalmaqal doğuran bu yazıdan sonra qəzet fəaliyyətini dayandırmağa məcbur olub. Alina Kabayeva və Vladimir Putin isə bu vaxt ərzində bir dəfə də olsun bunu təkzib edən fikirlə çıxış etməyiblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu