Modern.az

2 milyon ərəb prezident Mübarəkin əleyhinə küçələrə çıxıb

2 milyon ərəb prezident Mübarəkin əleyhinə küçələrə çıxıb

1 Fevral 2011, 18:05


Misirin paytaxtı Qahirədə prezident Hüsnü Mübarək əleyhinə keçirilən mitinqə iştirak edənlərin sayının 2 milyonu keçdiyi bildirilir.
Modern.az xarici mətbuata istinadən bildirir ki,  ölkədə internetin yenidən bərpa olunduğu xəbərlərlə yanaşı, Təhrir meydanında mobil telefonların işləmədiyi bildirilir.

Misir Dövlət Televiziyası xalqı evdən çıxmamaqla bağlı xəbərdarlıq edir. Bundan başqa, hökümətin bölgədə bütün yolları bağladığını və kütləvi nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırdığı qeyd olunur.

Misirin Silahlı Qüvvələri aksiyaçılara qarşı güc tətbiq etməyəcəyini açıqlayıb.

İsgəndəriyyə şəhərində təşkil edilən mitinqdə də 1 milyon aksiyaçının iştirak etdiyi bildirilir.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu