Modern.az

Müsavat AXCP-ni qərargahından çıxarır..

Müsavat AXCP-ni qərargahından çıxarır..

Ölkə

3 Fevral 2011, 11:09

AXCP sədr müavini: “Bu xəbəri nə təsdiq nə də təkzib edirəm”

Bu günkü qəzetlərdə AXCP-nin Müsavatın qərargahından çıxarılması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, Müsavat qərargahında AXCP sədri üçün ayrılımış otağın boşaldılmasını istəyib. Modern.az məsələ ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə əlaqə saxlayıb. F.Qəhrəmanlı saytımıza bildirib ki, hazırda məsələ ilə bağlı geniş açıqlama verilməyəcək.

“Bu məlumatı nə təsdiq, nə də təkzib edirəm. Günortadan sonra bu barədə geniş məlumat veriləcək”-deyə F.Qəhrəmanlı bildirib.

Xatırladaq ki, 2006-cı ildə AXCP - Xaqani 33 ünvanında yerləşdiyi qərargahından köçürüldükdən sonra  Müsavat öz qərargahında partiyaya yer verib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu