Modern.az

ABŞ-da devriləcək diktatorların siyahısı elan edildi

ABŞ-da devriləcək diktatorların siyahısı elan edildi

Ölkə

3 Fevral 2011, 11:22

Modern.az-ın məlumatına görə, ABŞ-da nəşr olunan nüfuzlu “Time” jurnalı yaxın vaxtlarda devrilməsi gözlənilən diktatorların və avtoritar rejimlərin rəhbərlərini siyahısını dərc edib.  İlk yeri Misir prezidenti Hüsnü Mübarək tutub. Onun ardınca Yəmən prezidenti Əli Abdulla Saleh və Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İr gəlir. Dördüncü yerdə Belorus prezidenti Aleksandr  Lukaşenko durur. İlk “beşliyi” Sudan prezidenti Ömər Əl-Bəşir tamamlayır. Diktatorların reytinq siyahısında həmçinin İran, Zimbabve, Tacikstan, Səudiyyə Ərəbistanı və Əlcəzairin dövlət başçılarının da adı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu