Modern.az

Prezident əmək pensiyalarının sığorta hissəsini artırdı

Prezident əmək pensiyalarının sığorta hissəsini artırdı

15 Fevral 2011, 19:29

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Prezident   sərəncam imzalıyıb.

Modern.az-ın məlumatına görə, sərəncamda bildirilib:
“Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Qanununun 29.2-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2011-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu