Modern.az

Müsavat rəsmisi: “İsa Qəmbərlə YAP-çı deputatın görüşmək istəməsini nə təkzib, nə də təsdiq edə bilərəm”

Müsavat rəsmisi: “İsa Qəmbərlə YAP-çı deputatın görüşmək istəməsini nə təkzib, nə də təsdiq edə bilərəm”

11 Mart 2011, 13:04

Modern.az saytı xəbər verir ki, bu gün mətbuatda adı çəkilməyən YAP-çı deputatın Müsavat Partiyası başqanı İsa Qəmbərlə görüşmək istəməsi barədə məlumat yayılıb. Məlumatın nə dərəcədə doğru olub-olmamasının dəqiqləşdirmək üçün Müsavat Partiyası ilə əlaqə saxladıq. Partiyasının Mərkəzi İcra Aparatının rəbəri Arif Hacılı mətbuatda yayılan məlumatdan xəbərsiz olduğunu bildirib: 

“Bu barədə mənim heç bir məlumatım yoxdur. Mən bu məlumatı nə təkzib edə bilərəm, nə də təsdiq edə bilərəm. Əslində deyə bilmərəm ki, İsa Qəmbərə belə bir təklif olub, yoxsa yox”-deyə Arif Hacılı bildirib. 

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu