
Azərbaycanın daxili yollarında yol nişanları ilə bağlı hələ də qüsurlar qalmaqdadır. Bunlardan əsas diqqət çəkəni işğal altında olan rayonlarla bağlıdır. Məsələ belədir ki, yollarımızda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan rayonlarına neçə kilometr qaldığı göstərilmir. Düzdür, respublikada yolların böyük bir qismində yol nişanları quraşdırılıb, amma işğal olunmuş rayonlara istiqamətlənən yollar bir çox şeylərdən olduğu kimi, bu nişanlardan da məhrumdur. Məsələyə aydınlıq gətirmək üçün “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev
Modern.az saytına bilıdirdi ki, yenidən təmir olunan bütün yollarda bu cür nişanlar qurlaşdırılıb:
“İşğal olunmuş rayonlar istiqamətinə gedən yollarda isə hələlik yenidənqurma işləri aparılmayıb. Təmirdən sonra yollarda işğal olunmuş rayonların da göstəriciləri yerləşdiriləcək. Hacıqabul-Beyləqan istiqamətində olan yolun təmir edilməsi planlaşdırılır. Təmirdən sonra yol nişanları da qurlaşdırılacaq. İşğal olunmuş rayonlarımız istiqamətində olan yollarda təmir-bərpa işləri aparılmayıb. İndi nişanları quraşdırıb sonra təmir zamanı sökməyin mənası nədir”.
Sədaqət Süleymanova