Modern.az

AXCP mitinqin vaxtını martın 26-da elan edəcək

AXCP mitinqin vaxtını martın 26-da elan edəcək

14 Mart 2011, 17:57

Bu gün İctimai Palatanın növbədənkənar iclasında etiraz aksiyası müzakirə ediləcək

  

AXCP-nin keçirəcəyi mitinqin vaxtı martın 26-da bəlli olacaq. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Modern.az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkədə kütləvi aksiyaların keçirilməsi ilə bağlı AXCP-nin Rəyasət Heyətində ciddi müzakirələr aparılıb:

 

“AXCP Ali Məclisinin Rəyasət heyəti ilə mitinqlərlə bağlı müzakirələr aparıldı. Bildiyimiz kimi, mitinqlə bağlı qərar ötən ayın 26-da qəbul olunub. Bu qərarda qeyd edilmişdi ki, mitinq keçirmək üçün ilk növbədə ciddi hazırlıq işləri aparılmalı və daha sonra aksiyaların vaxtı təyin olunmalı idi”.

F.Qəhrəmanlı qeyd edib ki, AXCP planlaşdırılan mitinqlərlə bağlı hazırlıq mərhələsini artıq başa vurub: “Biz bu müddətdə aksiyalarla bağlı bir çox hazırlıq işləri aparmışıq və bundan sonra Rəyasət heyətinin qərar qəbul etdi ki, artıq hazırlıq işləri başa çatsın və kütləvi mitinqlər keçirilsin. Kütləvi aksiyaların keçirilməsi ilə bağlı İctimai Palatanın Koordinasiya Şurasına müraciət  olunması qərara alındı. Məsələ İctimai Palatanın Kordinasiya Şurasında müzakirə olunandan sonra, Palatanın 26-da keçiriləcək toplantısından sonra mitinqin vaxtı bəlli olacaq”.

 

Partiya rəsmisi mitinqlərin tək yox, İctimai Palataya daxil olan qüvvələrlə birgə keçiriləcəyini vurğilayıb: “AXCP bir partiya olaraq mitinq keçirməklə bağlı öz qərarını verib. Biz mitinqlərin İctimai Palata çərçivəsində olan qüvvələrlə birgə keçirilməsinin tərəfdarıyıq. Çünki birgə mitinqlər daha böyük təsir gücünə malikdir, cəmiyyətin bu proseslərdə iştirakı üçün geniş imkanlar yaradır. Biz İctimai Palata çərçivəsində mitinqlər keçirməyin tərəfdarıyıq və bundan kənarda hər hansı partiya fəaliyyətini doğru saymıram”. Modern.az

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu