Modern.az

Fərhad Əliyev də əfv olunmaq üçün prezidentə müraciət etmək istəyir

Fərhad Əliyev də əfv olunmaq üçün prezidentə müraciət etmək istəyir

15 Mart 2011, 11:07

Cəmil Həsənli: “Metyu Brayzanın onunla maraqlanması təqdirəlayiq haldır”

 

Keçmiş iqtisadi inkşaf naziri, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev prezident İlham Əliyevə əfvlə bağlı müraciət etmək niyyətindədir. Modern.az-ın məlumatına görə, ABŞ səfiri Metyu Brayzanın ölkə rəsmiləri ilə keçirdiyi görüşlər zamanı eks-nazirlə bağlı sualları olub. Bu barədə Modern.az-a məlumatlı mənbələrdən informasiya daxil olub. Modern.az məlumatı dəqiqləşdirmək üçün Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri olmuş, eks-deputat  Cəmil Həsənli ilə əlaqə saxlayıb. 

“Fərhad Əliyevin prezidentə əfv üçün müraciət etməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”. Bu barədə Cəmil Həsənli yayılan məlumata aydınlıq gətirərkən deyib. Eks-nazirin hazırki durumu ilə bağlı C.Həsənli onu da qeyd edib ki, Fərhad Əliyeva qarşı həbsxana həyatının ən sərt qaydaları tətbiq olunur: “Son vaxtlar Fərhadla görüşüm olmayıb. Lakin deyə bilərəm ki, tamamilə günahsız tutulub. Ona qarşı irəli sürülən iddiaların heç biri məhkəmədə sübuta yetirilmədi. Buna baxmayaraq, ona uzun müddətli ağır cəza verilib”.

 

O həmçinin ABŞ səfiri Metyu Brayzanın hakimiyyət rəsmiləri ilə keçirdiyi son rəsmi görüşlərdə eks-nazirin həbsi ilə bağlı maraqlanması barədə yayılan məlumatlara da münasibət açıqlayıb. C.Həsənli səfirin eks-nazirin hazırki durumu ilə bağlı maraqlanmasını və bu məsələyə qayğı göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Qeyd edək ki,bir sıra məlumatlara görə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev əfv olunması üçün ölkə prezidenti İlham Əliyevə müraciət etmək niyyətindədir. Modern.az

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu