Modern.az

Heydər Əliyevin eks-müşaviri: “Araz Əzimovun çıxışı diplomata xas deyil”

Heydər Əliyevin eks-müşaviri: “Araz Əzimovun çıxışı diplomata xas deyil”

17 Mart 2011, 16:21

Qabil Hüseynli: “90-cı illərdə Türkiyə bizə külli miqdarda əvəsiz olaraq silah verirdi, könüllüləri Qarabağda vuruşurdu”

“Bütün günahları Türkiyənin üstünə atmaq obyektiv gerçəkliyi əks etdirmir”. Bu sözləri Modern.az-a açıqlamasında Prezident Heydər Əliyevin 90-cı illərdə müşaviri olaraq Dağlıq Qarabağ danışıqlarında təmsilçisi, politoloq Qabil Hüseynli xarici işlər nazirinin müavini Araz Əzimovun müsahibəsinə münasibətini bildirərkən deyib.  Qeyd edək ki, Araz Əzimov “CNN-Türk”-ə verdiyi müsahibədə Sürix danışıqlarının Qarabağ danışıqlarında mənfi rol oynadığını deyib.

 

Q.Hüseynlini fikrincə, hazırda iki ölkə üzrə hərbi strateji əməkdaşlıq barədə sazişin ortada olduğu bir vaxtda Sürix protokollarının üstündən keçmək də olardı. “Müharibə başlasa, bizə ilk hərbi kömək Türkiyədən olacaq. Araz Əzimovun açıqlamaları diplomatdan çox siyasi şərhçiyə xasdır. Amma bu mövqeyi Azərbaycan dövlətinin rəsmi mövqeyi saymaq olmaz”-deyə politoloq vurğulayıb.  

Q. Hüseynlinin sözlərinə görə, hazrda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeri bir çox amillərə görə yetərli deyil. “Türkiyə ATƏT-in həmsədrlərindən olsa da , BMT Təhlükəsizlik Şurasının keçici üzvü olsa da, onun bölgədə problemi həll etmək üçün yetərli gücü yoxdur. Rusiyanın hərbi maşını ilə üz-üzə gəlmək istəmir. Elə sözügeən Sürix protokolları da Obamanın təzyiqi ilə Qafqaz bölgəsini Rusiyanın nəzarətindən çıxarmaq üçün Türkiyənin məcbur edilməsi idi”.

 

Türkiyənin 90-cı illərdə daha çox bölgəyə təsirinin olduğunu etiraf edən Q.Hüseynli o zamanla bağlı maraqlı paralellər aparıb. “O zaman Türkiyədən Azərbaycana daha böyük dəstək var idi. Türkiyə bizə külli miqdarda əvəzsiz olaraq silah  verirdi. Hərbi yardım daha güclü idi. Qarabağ müharibəsində qardaş ölkədən gələn könüllülər vuruşurdu. Düzdü, bu dövlət səviyyəsində deyildi. O zaman Türkiyə daha çox hərbi yardım göstərirdi, bu gün isə siysi-diplomatik dəstəyi nümayiş etdirir”-deyə politoloq vurğulayıb. Xaqani Səfəroğlu

 

 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu