Modern.az

Prokurorluğun salahiyyətləri artırıldı

Prokurorluğun salahiyyətləri artırıldı

18 Mart 2011, 15:07

Bu  gün Milli Məclisin iclasında “Prokrorluq haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.
Modern.az-ın məlumatına görə, “Prokurorluq haqqında” qanunda edilən dəyişikliyə əsasən, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı belə cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək üçün əməliyyat-axtarış fəaliyyəti həyata keçirəcək. İkinci dəyişikliyə görə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən əməliyyat-axtarış fəaliyyətinin yerinə yetirilməsi zamanı qanunların icrasına nəzarəti baş prokuror həyata keçirəcək.

Millət vəkili Siyavuş Novruzov məsələ ilə bağlı maraqlı təkliflə çıxış edib. O bildirib ki, toxunulan məsələ çox aktualdır:
“Azərbaycanda xeyli istintaq aparan qurum var. Hətta hüquq-mühafizə orqanlarının hər birində istintaq aparan qurumlar var. Məsələ ondadır ki, hər bir istintaqın ilkin materialları onun işinin içinə qoyulur, istintaq samanı sonrakı məsələlər ilkin istintaqın ilkin materiallarına istinadan verilir. Ancaq bəzən bizdə bu sənədlər itir və sonradan kim deyə bilər ki, məsələ ədalətli keçirilib. Əgər istintaqda ilkin sənədlər itirsə, sonradan prosesin ədalətli olacağı şubhələr altına alınır”.

S.Novruzov hesab edir ki, hər əyninə hansısa qurumun formasını geyən, belinə tapança bağlayan şəxs istintaq apara bilməz. İstintaqçının təcrübəsi olmalıdır. “Ona görədə bəzən ədalətsiz olaraq məsuliyyətə cəlb olunmalar baş verir. Bütün bu məsələlərin həll olunması, aradan qaldırılması üçün Azərbaycanda istintaqla bağlı müstəqil bir qurum yaradılmalıdı. Əgər hər hansı bir hüquq-mühafizə orqanında istintaq aparılırsa, bu istintaq birtərəfli olur. İstintaqı aparan orqanın nümayəndəsi öz təsisçisi olduğu qurumun tərəfini tutur”.

Rövşən Rzayev bildirib ki, belə bir səlahiyyətin Baş Prokrorluğa verilməsi vaxtında və xeyirli addımdır. “Hesab ediəm ki, belə bir addımla biz nəyiki korrupsiyaya qarşı mübarizə aparacağıq, korrupsiyanın yaratdığı halların qarşısını ala biləcəyik”.

Müzakirələrdən sonra Milli Məclis “Prokurorluq haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklik edib.

İclasda iştirak edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, son beş ildə korrupsiya halları üzrə 385 cinayət işi açılıb və 698 nəfər məsuliyyətə cəlb olunub: “Hazırda 70 cinayət işi üzrə araşdırmalar aparılır. 16 cinayət işi üzrə isə 30 nəfərin işi məhkəməyə göndərilib”.

Kamran Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, idarədə yaradılan “Qaynar xətt”ə gün ərzində 50-yə yaxın şikayət daxil olur: “Şikayətlər həm dövlət qurumlarından, həm də özəl qurumlardan gəlir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu