Modern.az

Milli Ordunun iki mayoru yol qəzasında ölüb

Milli Ordunun iki mayoru yol qəzasında ölüb

Ölkə

28 Mart 2011, 11:45

Azərbaycan Silahlı Qüvvələrinin iki mayoru  yol qəzasına düşüb. Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 27-də gecə qeydə alınıb.

İçərisində zabitlərin olduğu “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin içində olan şəxslər, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov aldıqları xəsarətlər nəticəsində hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu