Son iki gündə Sumqayıt şəhərində xeyli adam dəm qazından boğulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 26-da Sumqayıt şəhərinin Təzə Kotec qəsəbə sakini Şöhrət Hüseynov, İnşaatçılar qəsəbə sakini Cəmilə Rzayeva, şəhər sakini Eldar Məmmədov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.
Martın 27-də Sumqayıt şəhər sakinləri Könül Səfərova, Şahnaz Bayramova, Lalə Abdullayeva, Natiq Rəhimov, Mina Əsədova, Xırdalan şəhər sakinləri Nərmin Hüseynova, Fazil Həsənov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanalara gətiriliblər.
Modern.az