Martın 23-də Şəmkir Hərbi Birləşməsin Gədəbəy rayonunda yerləşən hərbi hissələrin birində yanğın olub. Hadisə Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində baş verdiyindən bu barədə xəbər gec yayılıb.(APA)
Məlumatda bildirilir ki, əsgərlər generatoru işə salmaq istəyərkən yanğın baş verib, nəticədə sığınacaq, odlu silah və döyüş sursatı yanıb. Yanğın zamanı, həmçinin, 6 əsgər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı əsgərlər hospitala yerləşdiriliblər, vəziyyətləri stabildir.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev təsdiqləyib.
Hərbi hissədə baş verən yanğında xəsarət alan hərbçilərin adları aşağıdakılardı:
1. 2010-cu ilin oktyabrında Şəki Rayon Hərbi Komissarlığından (RHK) hərbi xidmətə çağırılmış Yusif Fərman oğlu Əhmədov
2. 2010-cu ilin yanvarında Salyan RHK-dan hərbi xidmətə çağırılmış Ülvi Yusif oğlu Məlikov
3. 2010-cu ilin iyulunda Bakının Nizami RHK-dan hərbi xidmətə çağırılmış Rasim Rəşad oğlu Əsədov
4. 2009-cu ilin oktyabrında Yevlax RHK-dan hərbi xidmətə çağırılmış Alı İnqilab oğlu Eminli
5. 2010-cu ilin oktyabrında Ağdam RHK-dan hərbi xidmətə çağırılmış Rəvan Qəhrəman oğlu Quliyev
6. 2010-cu ilin Yanvarında Lerik rayonundan hərbi xidmətə çağırılmış Elmar Rais oğlu Əliyev