Modern.az

Daxili işlər naziri daha 9 rayonun şikayətçi sakinlərini şəxsən qəbul edəcək

Daxili işlər naziri daha 9 rayonun şikayətçi sakinlərini şəxsən qəbul edəcək

29 Mart 2011, 19:43

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən cari ilin aprel ayının 11-də Şəki şəhərində, aprel ayının 25-də Lənkəran rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Modern.az saytının məlumatına görə, bu barədə DİN-in mətbuat xidməti xəbər verib.

DİN bildirib ki, Ramil Usubov aprelin 11-də Şəki şəhərində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala,
Qəbələ, aprelin 25-də isə Lənkəranda Lənkəran, Cəlilabad, Masallı sakinlərinin şikayətlərini dinləyəcək. Vətəndaşların qəbulu siyahıda birinci göstərilən şəhər-rayon polis şöbələrində keçiriləcək. Qəbul saat 11.00-da başlayacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu