Modern.az

Sabiq YAP-çı deputatlığa namizəd müxalifətin İctimai Palatasına qoşulmaq istəyir

Sabiq YAP-çı deputatlığa namizəd müxalifətin İctimai Palatasına qoşulmaq istəyir

31 Mart 2011, 12:28

109 saylı Balakən Seçki Dairəsindən deputatlığa sabiq namizəd, seçkilər müddətində Yeni Azərbaycan Partiyasının üzvlüyündən çıxarılan Məhəmməd Nooyev prezident İlham Əliyevə pozulmuş hüquqları ilə bağlı müraciət edib. Modern.az-ın məlumatına görə, M.Nooyev müraciətində bildirib ki, bəzi məmurlar ölkə başçısının uğurlu fəaliyyətini şübhə altına salmaq üçün ona sadiq olanları incik salmaq siyasətini yürütməkdədirlər.
“Mənə qarşı olan haqsızlıqlar dediklərimi təsdiq edir. Sizə etdiyim müraciətlərimə görə total ədalətsizliklə məni sıxışdırır, Azərbaycan vətəndaşlığından imtina etməyə sövq edirlər. Mən avar olmağımla hər zaman fəxr etmişəm. O da mənim üçün şərəflidir ki,  Ulu Öndərimizin böyük fikrinə uyğun olaraq deyirəm, mən Azərbaycan vətəndaşıyam. Onu da əlavə edim ki, hər zaman avar xalqını qürurla təmsil etmişəm və etməkdəyəm.  Bu vətəndə mənim də yaşamaq hüququm və haqqım var. Ən dəhşətlisi odur ki, bütün qohumlarım kimlərinsə sifarişi ilə incidilir, məni, oğlumu, qardaşım oğlunu və digər yaxınlarımı da işdən qanunsuz olaraq azad etmişlər. Bununla əlaqadar məhkəmələrə müraciət olunmuşdur. Lakin məhkəmələr də sifarişli şəkildə qanunlara hörmət etməyərək bizim vətəndaşlıq hüquqlarımızı tapdalayırlar. Bütün bu təzyiqlər artıq məndə bu hakimiyyətə qarşı mənfi fikirlər yaradır. Məni aqressiv addımlar atmağa məcbur edirlər. Dəfələrlə mənə radikal müxalifət cəbhəsindən və İctimai Palatadan onlara qoşulmaq üçün təkliflər gəlib. Ancaq mən öz əqidəmin əksinə getməmişəm”.
M.Nooyev deyib ki, haqsızlıqların getdikcə çərçivədən çıxması onu radikallığa təhrik edir.

Mail Ağaxanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu