Modern.az

Sərkisyandan növbəti həyasızlıq: “Həmin təyyarəyə birinci mən minəcəyəm”

Sərkisyandan növbəti həyasızlıq: “Həmin təyyarəyə birinci mən minəcəyəm”

31 Mart 2011, 13:54

Ermənistan prezidenti bildirib ki, Xankəndi hava limanına enən ilk təyyarənin sərnişini özü olacaq

Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) rəsmisinin Ermənistandan Xankəndinə uçacaq mülki təyyarələrin vurula biləcəyi barədə açıqlamasına Ermənistan prezidenti Serj Sərkisyandan cavab gəlib. Erməni prezident həyasızlığını nümayiş etdirib.
Serj Sərkisyan mətbuat konfransında bildirib ki, Xankəndi hava limanına enən ilk təyyarənin sərnişini özü olacaq. Bu barədə o İsveçrə prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın mövqeyinə münasibət bildirərkən vurğulayıb.

Düşmən ölkənin rəhbəri iddia edib ki, qondarma “DQR”-in əhalisi hava nəqliyyatından istifadə etmək hüququna malikdir.
“Buna şübhə ola bilməz. Biz bu məsələnin beynəlxalq qurumlarla razılaşdımaq üçün bütün səyimizi qoyacağıq. Hesab edirəm ki, bu müsbət nəticəsini verəcək”-deyə Sərkisyan vurğulayıb.

Azərbaycanın mülki təyyarələri vuracağı ilə bağlı bəyanatına toxunan Sərkisyan qeyd edib ki, “İrəvan Xankəndi aviareysinin ilk sərnişini özü olacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu