Modern.az

Əhməd Davudoğlu: “Sərkisyandan xahiş etmişdik ki, Füzuli və Ağdamı geri qaytarsın”

Əhməd Davudoğlu: “Sərkisyandan xahiş etmişdik ki, Füzuli və Ağdamı geri qaytarsın”

31 Mart 2011, 15:18

Türkiyənin XİN-in rəhbəri bildirib ki, bu halda Bakı öz sərhədlərini açmağa hazır idi

“Biz Ermənistanla əlaqə yaratmaq xətrinə Azərbaycanı itirə bilmərik. Bunu özümüzə heç vaxt rəva görmərik. Biz Sərkisyandan xahiş etmişdik ki, Azərbaycana jest olaraq əldə saxladıqları bir-iki rayonu, məsələn Füzuli və Ağdamı geri qaytarsın. Bu halda Bakı öz sərhədlərini açmağa hazır idi. Amma Ermənistan bundan imtina etdi”.

Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu  Ermənsitanın “AZQ” qəzetinə müsahibəsində erməni-türk protokollarının taleyi barədə danışarkən bildirib. Onun sözlərinə görə, Ankara və İrəvan protokollar üzərində 3 il işləyib.
“Əsl həqiqətdə bizimlə Ermənsitan arasında əlaqələr 2005-ci ildə başlanmışdı”-deyən Davudoğlu bildirib ki, danışıqlar 3 məqsəd daşıyırdı: sərhədləri açmaq, diplomatik münasibətlər yaratmaq, birbaşa və dolayısı əlaqələr qurmaq. XİN başçısının sözlərinə görə, çoxları hesab edir ki, protokollar sərhədlərin açılmasını ehtiva edir.

“Ermənilər elə hesab edir ki, münasibətlərin normallaşması sərhədin açılması və diplomatik münasibətlərin yaranması deməkdir. Bizim bu məsələdə böyük təcrübəmiz var. İsraillə Suriya arasında sülhün əldə olunmasına xeyli səy göstərdik, məsələnin həlli ilə bağlı həlledici mərhələdə Qəzzada hadisələr başlandı. Hər şey əvvəlki mərhələsinə qayıtdı. Sərhədlərin açılması ilə heç nə dəyişmir. Bir sıra məsələlər var ki, kompleks şəkildə həll edilməlidir. Birdən erməni-azərbaycanlı sərhəddində nə isə baş verdi? Onda yenidən sərhədi bağlamalıyıq? Bu halda münasibətlərin yaranması üçün uzun müddət tələb olunur”-deyə A.Davudoğlu bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu