Modern.az

Azərbaycan XİN: “Ermənilərlə 2 yox, 5 rayonun qaytarılması barədə müzakirə aparılıb”

Azərbaycan XİN: “Ermənilərlə 2 yox, 5 rayonun qaytarılması barədə müzakirə aparılıb”

31 Mart 2011, 15:50

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun erməni qəzetinə verdiyi müsahibəsinə münasibətini açıqlayıb. Qeyd edək ki,  Davudoğlu erməni “AZQ” qəzetinə müsahibəsində bildirib ki, Türkiyə Ermənistandan işğal etdiyi Füzuli və Ağdam rayonlarını qaytarmağı xahiş edib və bunun müqabilində Azərbaycan sərhədləri açmağa razılaşıb.

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Modern.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün aparılan danışıqlarda rəsmi Bakının mövqeyi birmənalı olub.

“Azərbaycan tərəfi danışıqların  ilk mərhələsində işğal edilmiş beş rayonun qaytarılması müqabilində komunikasiya xətlərinin açılmasına razı idi. Bizim bununla bağlı mövqeyimiz açıqlanıb və məlumdur. Davudoğlunun bu baxımdan dedikləri bizim mövqeyimizə zidd deyil”-deyə E.Poluxov vurğulayıb. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu