Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsinin dəvətini qəbul edib göstərilmiş vaxtda şəhər polisinə gedəcək. Bu barədə Modern.az-a başqan müavini Mehman Cavadoğlu bildirib. Onun sözlərinə görə, bu dəvətlə bağlı heç bir rəsmi bildiriş almayıblar.
“ Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin rəisi partiya qərargahına gələrək İsa Qəmbərə bildirib ki, saat 17-də BŞBPİ rəhbərliyi və şəhər prokuroru onunla görüşmək istəyir”.
İ.Qəmbərin BŞBPİ-yə dəvət edilməsi aprelin 2-nə təyin edilmiş kütləvi aksiya ilə bağlıdır.
Modern.az