Modern.az

ATƏT-in Bakı Ofisi: “Mitinqlərə yerlərin ayrılması üçün iqtidarla müzakirə aparılmır”

ATƏT-in Bakı Ofisi: “Mitinqlərə yerlərin ayrılması üçün iqtidarla müzakirə aparılmır”

5 Aprel 2011, 13:46


“ATƏT-in Bakı ofisi kütləvi aksiyaların keçirilməsi ilə bağlı yerlərin ayrılması mövzusunda icra orqanları ilə hazırda hər hansı müzakirə aparmır və bu məsələ ilə bağlı hər hansı yenilik yoxdur”.  Bu sözləri Modern.az-a açıqlamasında ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib. Onun sözlərinə görə, Bakı ofisi parlament seçkiləri zamanı Bakı şəhəri İcra Hakimiyyətinin rəhbərliyi ilə mitinqlər üçün yerlərin ayrılması məsələsini müzakirə edib. O zamandan bəri bu məsələdə hər hansı yenilik yoxdur.

Qeyd edək ki, ötən il ofisin rəhbəri, səfir Əli Bilgə Cankorel Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüb və görüşdə tərəflərin daha sıx əməkdaşlıq etməsi qərarına gəlinib. Qarşıdakı günlərdə ortaq toplantıların olacağını deyən səfir müsbət nəticələrə ümid etdiyini bildirmişdi: “Aksiyalarla bağlı bir sıra şikayətlər var və bu şikayətlərin nəyə dayandığını araşdırmaq lazımdır. İcra başçılarının öz, müxalifət partiyalarının isə öz nöqteyi-nəzəri var. Bu yöndə çalışmalar olacaq. Tərəflərin anlaşma əldə edə biləcəyini düşünürəm. Bu problem tərəflərin bir-birini anlamaması səbəbindən da yarana bilər. Biz ATƏT olaraq nə qədər bu mövzunun içində olsaq, o qədər yaxşı nəticələr əldə edə bilərik”.-deyə Cankorel bəyan etmişdi.  

Səfir Bakı şəhərində kütləvi tədbirlər keçirilməsi üçün ayrılmış 11 yerin 3-ə endirilməsinə də münasibət bildirmiş və kütləvi tədbirlərlə bağlı BŞİH-in yeni siyahı hazırladığını vurğulamışdı: “İcra başçısı görüşdə yeni siyahı ortaya qoydu. Yeni siyahıda köhnə siyahıda olub etiraz edilən bəzi yerlər çıxarılıb, əlavə bəzi yerlər daxil edilib. Biz bunları da müzakirə edəcəyik”-deyə səfir o zaman KİV-ə açıqlama vermişdi.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər