Modern.az

CATEL şirkəti Azərbaycandakı müştərilərindən üzr istədi

CATEL şirkəti Azərbaycandakı müştərilərindən üzr istədi

5 Aprel 2011, 15:14

Bir neçə gündür Azərbaycanın ilk CDMA mobil operatoru olan CATEL şirkətinin sistemində gözlənilməz texniki nasazlıq yaranıb. Problemin qısa zaman ərzində tam aradan qaldırılması mümkün olmadığı üçün CDMA şəbəkəsinin tutumu qismən məhdudlaşıb.

“Problemi həll etmək üçün şirkətin texniki şöbəsi tərəfindən təcili tədbirlər görülür və müştərilərin xidmətdən istifadə etmək imkanı tədricən bərpa edilir (012 415/417/418 xidməti artıq aktivdir).
Qeyd etmək istəyirik ki, texniki nasazlıq yeni xidmətlərin və texnologiyaların tətbiq edilməsi ilə əlaqədar ümumi sistemdə yaranmış texniki problemlərlə bağlıdır”-şirkətdən Modern.az saytına verilən açıqlamada bildirilib.

“CATEL şirkəti yaranmış vəziyyətə görə müştərilərindən üzr istədiyini və anlayış göstərdikləri üçün təşəkkürünü bildirib.

"CATEL" MMC 1997-ci ildə təsis edilmiş, 1999-cu ilin aprel ayının 14-də isə şirkətin rəsmi açılış mərasimi keçirilib.. 2004-cü ildən etibarən şirkət CDMA 2000 1x rabitə texnologiyasını tətbiq etməyə başlayıb. Bu texnologiya bir sıra üstün cəhətləri ilə fərqlənir: standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s. Hazırda “CATEL”in CDMA şəbəkəsinin əhatə dairəsinə Bakı, Abşeron, Sumqayıt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Şəki, Şabran, Nabran, Quba, Şamaxı,  Lənkəran, Astara, Masallı, Cəlilabad və Tovuz daxildir.

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu