Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasında çıxışından sonra erməni deputatlar ona yaxınlaşaraq “soyqırımı” barədə suallar verməyə cəhd ediblər.
Bu barədə “arminfo”ya Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zoqrabyan danışıb. Zoqrabyan qabaqcadan hazırladıqları 1915-ci ildə ermənilərin köçü zamanı ölən erməni uşaqlarının şəklləri olan albomu Ərdoğana göstərməyə çalışıb.
Zaldan çıxmaqda olan baş nazir ayaq saxlayaraq erməni deputatlarının təqdim etdiyi alboma baxaraq öz etirazını bildirib.
“Əgər erməni tərəfi belə mövqedən çıxış edəcəksə, o zaman Turkiyə tərəfi də belə analoji fotoşəkillər təqdim edə bilər”-deyə baş nazir narazı halda qeyd edib.
Bundan sonra Ərdoğanın mühafizə xidməti erməni deputatlarını kənara itələyərək baş naziri zaldan çıxarıblar.
Modern.az