Modern.az

YAP: “Ehtiyac olsa, diplomatik korpusla görüş üçün müraciət edilə bilər”

YAP: “Ehtiyac olsa, diplomatik korpusla görüş üçün müraciət edilə bilər”

18 Aprel 2011, 14:01


“Bizim qapımız bütün diplomatik korpus nümayəndələrinin üzünə açıqıdr”.Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev ABŞ səfirliyinin ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslarla bağlı səsləndirdiyi fikirləri Modern.az-a şərh edərkən bildirib. Onun sözlərinə görə, YAP-la bu istiqamətdə keçirilən görüşlər daha çox diplomatik korpus nümayəndələrinin təklifi əsasında reallaşıb:
“Adətən Yeni Azərbaycan Partiyası ilə diplomatik korpuslar arasında keçiriləcək görüş barədə təklif onların özləri tərəfindən gəlir. Bu cür görüşlər mütəmadi olur. Bizim qapımız bütün diplomatik korpus nümayəndələrinin üzünə açıqdır”

 “Siz necə, diplomatik korpuslara görüş üçün müraciət edəcəksinizmi” sualına YAP rəsmisi cavabında bildirib ki, bu partiya rəhbərliyi səviyyəsində olan məsələdir və konkret heç nə deyə bilməyəcək.
“Qeyd edim ki, bu artıq partiya rəhbərliyi səviyyəsində olan bir məsələdir. Əgər ehtiyac duyularsa, çox güman ki, belə bir müraciət ola bilər. Hələlik məndə belə bir məlumat yoxdur. Bu məsələni mən şərh edə bilmərəm”-deyə qeyd edən mətbuat katibi bildirib ki, YAP-la Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik korpuslar arasında sıx münasibətlər var və bu cür görüşlər mütəmadi olaraq keçirilir.

Xatırladaq ki, bir qədər öncə ABŞ səfirliyinin nümayəndəsi müxalifətlə dipkorpusun görüşünə hakim partiya nümayəndələrinin sərt tənqidlərini şərh edərkən demişdi ki, əgər YAP müraciət etsə, bu partiya ilə də görüşə hazırdırlar.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər