20 aprel - 31 may tarixlərində ali təhsil ocaqlarına sənəd qəbulu aparılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2011-ci tədris ili üçün respublikanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun və qəbul imtahanlarının vaxtını elan edib. Modern.az saytı xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib.
Məleykə Abbaszadə bildirib ki, 20 aprel - 31 may tarixlərində sənəd qəbulu aparılacaq.
Sənədlərin təsdiqi isə 27 aprel - 31 may tarixlərində keçiriləcək.
Ali məktəblərə qəbul imtahanlarının vaxtı məlum olub. Belə ki, III ixtisas qrupu üzrə imtahanlar 3 iyul tarixində Bakı, Naxçıvan, Gəncə, Sumqayıt şəhərlərində keçiriləcək. I qrup üzrə qəbul imtahanları 10 iyulda Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, IV ixtisas qrupu üzrə 16 iyulda Bakı, Naxçıvan, Gəncə, Lənkəranda, II ixtisas qrupu üzrə isə 22 iyulda Bakı, Naxçıvan, Gəncə, Şəki şəhərlərində keçiriləcək.
Rus bölməsinin abituriyentləri Azərbaycan dilindən birinci imtahanı 22 mayda, ikinci imtahanı 26 iyun tarixində verəcəklər.
Test imtahanlarında uğurlu nəticə göstərən bütün abituriyentlər ixtisas seçimini 24 iyul - 2 avqust tarixləri arasında həyata keçirə biləcəklər.
Sınaq imtahanları | 3, 10 (təkrar), 17, 24 (təkrar) aprel 1, 8 (təkrar), 15, 29 may, 5 iyun (təkrar) |
Ali təhsil müəssisələrinə ərizə qəbulu | 20 aprel-31 may; təsdiq: 27 aprel-31 may |
ARDNŞ təqaüd proqramı imtahanı, Naxçıvan MR-nın vergilər orqanlarına işə qəbul imtahanı | 24 aprel |
Ali və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) qabiliyyət imtahanı (bundan sonra qabiliyyət imtahanı) iştirakçılarının qeydiyyatı | 27 aprel-31 may |
Rus bölməsi üzrə Azərbaycan dili imtahanının 1-cisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü | 16 may (saat 18-00) |
Rus bölməsi üzrə Azərbaycan dili imtahanı 1-ci 2-ci |
22 may (Bakı və bölgə mərkəzləri) 26 iyun (Bakı) |
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu | 28 iyun – 10 avqust (saat 18-00) |
Magistraturaya qəbul imtahanı (II mərhələ) | 26 iyun (Bakı, Naxçıvan, Gəncə) |
Ali təhsil müəssisələrinə qəbul imtahanı III qrup I qrup IV qrup II qrup |
3 iyul (Bakı, Naxçıvan, Gəncə, Sumqayıt) 10 iyul (Bakı, Naxçıvan, Gəncə, Sumqayıt) 16 iyul (Bakı, Naxçıvan, Gəncə, Lənkəran) 22 iyul (Bakı, Naxçıvan, Gəncə, Şəki) |
Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı | 7-13 iyul |
Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı | 14-20 iyul |
İdman istiqaməti üzrə qabiliyyət imtahanı | 20-28 iyul |
Ali təhsil müəssisələrinə ixtisas seçimi | 24 iyul-2 avqust (saat 11-00) |
Apelyasiya | 26-28 iyul |
Açıq apelyasiya | 28 iyul |
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat | 28 iyun – 20 iyul |
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanları | 30 iyul – 5 avqust |
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı | 28 avqust |
Anar Rüstəmov