“AMİP-in İctimai Palatadan çıxması barədə bəyanatı absurddan başqa bir şey deyil”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiyanın qurumu tərk etməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.
ADP sədrinin sözlərinə görə, İctimai Palata fərdlərin qurumu kimi elan olunduğu üçün AMİP-in buradan partiya kimi istefa verməsi mümkün ola bilməz.
“Digər tərəfdən AMİP-in qurum üçün belə çətin vəziyyətdə İctimai Palatanı atması mənəvi prinsiplərə görə anlaşılmazıdır. Ağır gündə müttəfiqdən imtina etmək olmaz. Məsələn, biz partiya üzvlərimizi İctimia Palataya göndərərək üzv yazdırmışıq. Bunu çətin gündə dəstək olaraq etmişik”-deyə S.Cəlaloğlu vurğulayıb.
S.Cəlaloğlunun sözlərinə görə, daim loyal mövqeyi ilə tanınan AMİP-i İctimia Palataya cəlb etmək Əli Kərimli və İsa Qəmbərin səhvi olub.
“Fərli siyasi baxışları olan fərdləri bir araya topladıqdan sonra radikal xəttə üstünlük vermək fəsadlarını verir. AMİP nə vaxt radikal xətt tutb ki?”-deyə ADP sədri bildirib.
Onun sözlərinə görə, İctimai Palata yaranarkən “kölgə parlamenti” kimi nəzərdə tutulub. Milli istiqlalçılar da məhz bu baxımdan İctimai Palataya daxil olublar.
“Onlar radikal xəttə qətiyyən hazır deyildilər”-deyə ADP sədri qeyd edib.
Modern.az